AZƏRBAYCANDA AİLƏ FACİƏSİ: doğum günündə atasının gözləri qarşısında özünü güllələdi - TƏFƏRRÜAT

14-03-2018, 06:58           
AZƏRBAYCANDA AİLƏ FACİƏSİ: doğum günündə atasının gözləri qarşısında özünü güllələdi - TƏFƏRRÜAT
Ötən gecə Şabran rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
TEREF.İNFO Lent.az-a istinadən xəbər verir ki, rayonun Gəndob kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu atasının gözü qarşısında özünü güllələyərək öldürüb.

İlkin məlumata görə, 25 yaşlı Müşfiq intiharını əvvəlcədən planlaşdırıb. Belə ki, dünən onun doğum günü imiş. Fərdi təsərrüfatla məşğul olan, sakit təbiətli və zəhmətkeş şəxs kimi xarakterizə olunan gənc qəfil evdəki tüfəngi götürərək başına dirəyib. Atası ona mane olmağa çalışsa da, Müşfiq İbrahimov üzrxahlıq edib, halallıq istəyərək atəş açıb. O, yerindəcə keçinib.

Hadisə vaxtı Müşfiqin anası və bacısı da evdə olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.