Orqan mafiyasına görə həbs olunan “Qarabağ”ın məşqçisinin qardaşıdır

15-03-2018, 13:15           
Orqan mafiyasına görə həbs olunan “Qarabağ”ın məşqçisinin qardaşıdır
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyatda insan orqanları alveri ilə məşğul olan Vahib Xudadatov saxlanılıb.

Dia.az apasport-a istinadən xəbər verir ki, həbs edilən şəxs “Qarabağ” futbol klubunun baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.

E.Xudadatov açıqlamasında məlumatı təsdiqləyib: “Vahib mənim qardaşımdı. Açığı, özüm də bilmirəm ki, niyə həbs olunub. Qardaşımla ayda bir dəfə görüşək, ya görüşməyək. Vahibin bir avtomobili var, taksi sürücüsü idi. Ailəsi yanına gedib. Hazırda harda olduğundan xəbərim yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru