Bakıda sərxoş qadın sürücü əks yola çıxaraq qəza törədib - FOTO

16-03-2018, 08:45           
Bakıda sərxoş qadın sürücü əks yola çıxaraq qəza törədib - FOTO
Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib.

“Report” xəbər verir ki, Tbilisi prospektinin keçmiş Nəqliyyat Nazirliyinin inzibati binasına yaxın hissəsində iki "Mercedes" markalı minik maşını toqquşub.

Xəlilova Gülnar Oqtay qızı "99-LD-985" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili idarə edən zaman sürət həddini aşıb və qəfil əyləcdən istifadə edərək yolun əks tərəfinə keçib. Nəticədə o, əks yolda hərəkətdə olan "99-DD-563" dövlət qeydiyyat nişanlı"Mercedes" markalı avtomobilə çırpılıb. Qəza zamanı hər iki avtomobil deformasiyaya uğrayıb.

Əraziyə Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Xanım sürücü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb. Onun sərxoş olduğu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru