Şəkidə özünü güllələyən qız Azərbaycan millisinin qapıçısı imiş - Şok təfərrüat

17-03-2018, 12:56           

Şəkidə 17 yaşlı qızın özünü güllələməsi barədə xəbər vermişdik. Hadisənin təfərrüatları üzə çıxıb.
Femida.az xəbər verir ki, məktəbli qız özünü ehtiyatsızlıqdan güllələyib. Hadisə rayonun Şorsu kəndində qeydə alınıb.

Yaşadığı evdə ov tüfəngindən ehtiyatsız davranan kənd sakini 2001-ci il təvəllüdlü Əzizova Firəngiz Qalib qızı özünə atəş açıb. Döş qəfəsi nahiyəsindən güllə yarası alan Əzizova Firəngiz valideynləri tərəfindən dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, Firəngiz Əzizova Şəkinin qızlardan ibarət "Gənclik” futbol klubunun qapıçısıdır. O mütəmmadi olaraq 17 yaşlı qızlardan ibarət Azərbaycan Milli komandasına dəvət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru