Azərbaycanda insanlıq faciəsi: - 2 günlük övladını küçəyə atıb getdi

28-03-2018, 16:42           
Azərbaycanda insanlıq faciəsi: - 2 günlük övladını küçəyə atıb getdi
Dünən Şirvan şəhərində iki günlük körpənin küçəyə atılması hadisəsinin təfərrüatı üzə çıxıb. Lent.az xəbər verir ki, yeni doğulmuş qız uşağı bələkdə şəhərin əslən Yardımlıdan olan insanların kompakt yaşadığı Deman məhəlləsindən tapılıb. Sakinlər bu barədə dərhal polisə xəbər veriblər və uşaq götürülərək doğum şöbəsinə verilib.

İlkin araşdırmalar zamanı uşağın qolundakı “birka”da Məmmədova Aysel Əli qızı yazıldığı məlum olub. Bəlli olub ki, körpənin anası onu tərk edərkən birkanı çıxarmağı unudub.

Araşdırmalar zamanı həmin qadının ailəli olduğu və daha 2 uşağa baxdığı, çətin maddi durumda yaşadığı üzə çıxıb. O, maddi imkansızlıq səbəbindən yeni dünyaya gətirdiyi övladına baxa bilmədiyini və böyük psixoloji sarsıntı keçirdiyini deyib. Həmçinin qadının övladını başqaları tərəfindən tez tapılması üçün açıq yerə qoyduğu müəyyənləşib.

Qeyd edək ki, 3 kiloqram çəkidə dünyaya gələn körpənin səhhəti normaldır.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi araşdırma aparılır.

*****

Şirvanda iki günlük körpə küçəyə atılıb.
APA-nın yerli bürosunun məlumatına görə, körpənin qolunda olan “birka”da Məmmədova Aysel Əli qızı yazılıb.
Körpəni polis əməkdaşları tərəfindən tapılaraq Şirvan Doğum evinə aparılıb. Körpə həkim nəzarətinə götürülüb, onun səhhəti yaxşıdır.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.