Bakıda ağır qəza: Tonlarla neft dağıldı – FOTO

5-04-2018, 23:25           

Ötən gün Bakı-Astara avtomobil yolunun Qaradağ rayonu ərazisində iki yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

teref.az-nun Virtualaz.org-a istinadən məlumatına görə, hər ikisi qoşqulu olan “MAN” və “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində “MAN”ın sürücüsü – 55 yaşlı Gürcüstan vətəndaşı Tamaz Dalindze hadisə yerində ölüb.

Onun cəsədi avtomaşında sıxılmış vəziyyətdə qaldığı üçün hadisə yerinə gəlmiş xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

T.Dalindzenin idarə etdiyi “MAN”ın sistern-qoşqusunda olan 50 ton neft isə yolun kənarına dağılıb.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru