Bir-birlərilə aldatdığı sevgililəri birləşib, başına oyun açdılar
6-04-2018, 22:40
Fransanın Lion şəhərində eyni anda 4 nəfərlə münasibət quran şəxs sevgililərinin hücumuna məruz qalıb.
Günaz.org haberler.com-a istinadən xəbər verir ki, internetdə bir-birləri ilə əlaqə yaradan aldadılmış qızlar adı açıqlanmayan şəxsin evə basqın edərək onu döyüblər.
27 yaşlı gəncin müraciəti ilə əraziyə təcili yardım və polis əməkdaşları gəlib. Polisin açıqlamasına görə, qadınlar onu qayçı ilə hədələyib, təhqir edib və başına vaza atıblar.
Qadınlar evdən çıxarkən sevgililərinə aldıqları geyim və mobil telefon kimi hədiyyələri də geri götürüblər.
Hadisədən 2 gün sonra saxlanılan aldadılmış sevgililər qrup şəklində şiddət göstərməkdə və oğurluqda ittiham olunurlar.
Polisin məlumatına görə, 27 yaşlı gənc həmin qadınlarla bərabər başqaları ilə də internet üzərindən münasibət qururmuş.