Cenevrədə restoranda partlayış baş verib: 15 yaralı
8-04-2018, 10:34
İsveçrənin Cenevrə şəhərində yerləşən restoranlardan birində partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan 7-nə hadisə yerində yadım göstərilib, digər 8-i isə xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, restoranda qaz balonu partlayıb. Yerli polis insident ilə əlaqədar araşdırma aparır.