Rusiya təkzib etdi: Ekspert göndərməyə hazırıq

8-04-2018, 13:44           

Suriyanın Duma şəhərində kimyəvi silah istifadəsi ilə bağlı xəbərləri təkzib edirik.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Suriyada Atəşkəsə Nəzarət Mərkəzinin rəhbəri general Yuri Yevtuşenko deyib.

“Bu informasiyanı qətiyyətlə təkzib edirik və Duma şəhərinin döyüşçülərdən azad edilməsindən dərhal sonra Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə sahəsindəki mütəxəssislərini bu ifadələrin saxta xarakterini təsdiq edən məlumatları toplamaq üçün göndərməyə hazır olduğumuzu bəyan edirik”, - Yevtuşenko deyib.

Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətində qalan Duma şəhərində kimyəvi qazdan istifadə edilməsi nəticəsində ən azı 70 nəfərin öldürüldüyü bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru