AFR cihadçıları alman pasportundan məhrum etməyi planlaşdırır

9-04-2018, 08:41           
AFR cihadçıları alman pasportundan məhrum etməyi planlaşdırır
Almaniyanın Federal Daxili İşlər Nazirliyinin dövlət katibi Ştefan Mayer bildirib ki, ölkə cihadçıları alman pasportundan məhrum edəcək.

"Report" xəbər verir ki, bu barədə "Der Westen" məlumat yayıb.

Ştefan Mayerin sözlərinə görə, nazirlik cihadçıları onların ikinci vətəndaşlıqlarının olmasına görə alman vətəndaşlığından məhrum etmək niyyətindədir. O, əlavə edib ki, bu, AFR-ın Daxili İşlər Nazirliyi üçün birinci dərəcəli vəzifədir.

Qanun layihəsi tezliklə baxılması üçün parlamentə göndəriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru