Azərbaycanda ŞOK: Əlehqazda gəlib Kapital Bankı yardılar - Üç nazirliyin ''gözü qarşısında'' oğurluq

9-04-2018, 13:57           
Azərbaycanda ŞOK: Əlehqazda gəlib Kapital Bankı yardılar - Üç nazirliyin ''gözü qarşısında'' oğurluq
Bakıda bu günə qədər görünməmiş oğurluq baş verib.

Criminal.az saytının məlumatına görə, şəhərin tən ortasında, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə inanılmaz olay qeydə alınıb. Günün günorta çağı üzlərinə əlehqaz taxmış iki nəfər Vergilər Nazirliyi yaxınlığındakı Kapital Bankın bankomatına yaxınlaşıblar. Həmin vaxt şübhəliləri görən kassir onlara yaxınlaşıb, nə iş gördüklərini soruşub. Onlar da soyuqqanlılıqla cavab veriblər ki, ''sanepidemstansiya''dan gəlmişik, buraları dərmanlayırıq.

Bundan sonra iki şəxs bankomatın yerləşdiyi köşkü açaraq içəri daxil olublar. Laqonda ilə bankomatı kəsərək içərisindəki 174 min dollar pulu oğurlayıblar.
Yasamal rayon Polis İdarəsindən Criminal.az saytına faktı təsdiq etsələr də, əlavə məlumat vermədilər.

Criminal.az onu da öyrənib ki, oğurluq olan bankomat bankın öz mühafizəçiləri tərəfindən qorunurmuş. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat-istintaq tədbiri həyata keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru