Nigeriyada törədilmiş ikiqat terror aktı 86 nəfərin ölümünə səbəb olub

3-05-2018, 08:22           
Nigeriyada törədilmiş ikiqat terror aktı 86 nəfərin ölümünə səbəb olub
Nigeriyanın şimal-şərqində iki terror hücumu 86 insanın ölümünə səbəb olub.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 27 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilirdi.



Daxil olan məlumata əsasən, Adamava ştatının Mubi şəhərində terrorçu-kamikadze məsciddə özünü partladıb. Bundan sonra digər terrorçu yaxınlıqdakı ticarət mərkəzində üzərindəki partlayıcı qurğunu işə salıb.



Qeyd edək ki, Nigeriyada fəaliyyət göstərə “Boko Haram” terror qruplaşması hökumətin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. 2016-cı ildə “Boko Haram” İŞİD-ə sədaqət andı içib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru