Sumqayıtda yaşlı kişi ürəyinə bir neçə bıçaq zərbəsi vuraraq intihara cəhd edib

6-05-2018, 11:54           
Sumqayıtda yaşlı kişi ürəyinə bir neçə bıçaq zərbəsi vuraraq intihara cəhd edib
Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, şəhər sakini, 9-cu mikrorayon, ev 59, mənzil 36-da yaşayan 1960-cı il təvəllüdlü Cobanov Vladıceslav Rayonbəy oğlu özünün sol yuxarı nahiyələrinə bir neçə bıçaq zərbəsi vuraraq intihara cəhd edib.

Hadisədən sonra 58 yaşlı kişi şok keçirib. Yaxınları onu huşsuz vəziyyətdə Sumqayıt şəhər TTYX-ya çatdırıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağırdır.

Fakt araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru