Almaniyada iki qatar toqquşub, ölənlər və yaralananlar var - YENİLƏNİB

8-05-2018, 07:39           
Almaniyada iki qatar toqquşub, ölənlər və yaralananlar var - YENİLƏNİB
Almaniyada yük və sərnişin qatarlarının toqquşması nəticəsində azı 14 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Focus Online" polisə istinadən məlumat yayıb. Həkimlər yaralılardan 3-nün vəziyyətini ağır qiymətləndirir. Hazırda qəzanın səbəbləri araşdırılır. Qeyd edək ki, hadisə Bavariyada, Ayxax şəhərində baş verib. Qəza zamanı 2 nəfər ölüb. ***00:49 Almaniyada yük və sərnişin qatarları toqquşub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Focus Online" məlumat yayıb. Polisə istinadən yayılan məlumata görə, hadisə Bavariyada, Ayxax şəhərində baş verib. Hadisə zamanı azı 2 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb. Qəzanın təfərrüatları açıqlanmır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru