Neftçala FHN- nin rəisi ilə bağlı gedən məlumat həqiqətə uyğun deyil.
11-09-2015, 16:38
Neftçala rayonu FHN şöbə rəisinin Qoltuq kəndində iclasda dava saldığı və balıqçılar tərəfindən daşa basıldığı haqda teref.azda gedən yazı ilə bağlı, rəhbərlik tərəfindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, verilən məlumat həqiqətə uyğun deyil. Həqiqətən də Qoltuq kəndində iclas olmuş və orda heç bir insident baş verməmişdir. teref.az olaraq Neftçala FHN şöbəsinin rəisindən üzr istəyirik. Məlumatı araşdırmadan saytda yerləşdirdiyinə görə saytın redaktoruna şiddətli töhmət verilib.