Vətəndaş ondan rüşvət alan DYP əməkdaşını videoya çəkdi və... - ŞİKAYƏT VAR

16-09-2015, 14:49           
Vətəndaş ondan rüşvət alan DYP əməkdaşını videoya çəkdi və... - ŞİKAYƏT VAR
Redaksiyamıza müraciət edən Ucar rayonu 20 Yanvar küçəsi ev 20 sakini Purqafari Azər Ələsgər oğlu ilginc bir iddia iləçıxış edib.

Belə ki, DİA.AZ-a yazan Ucar sakini "Yevlax Rayonlar arası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin dövlət avtomobil müfəttişi vəzifəsində işləyən polis kapitanı Yelmar Həsənovun 62 manat dövlət rüsumu olan avtomobilin öz adımdan başqa şəxsin adına qeydiyata aldırması üçün məndən 200 manat rüşvət almasını təsdiq edən video çəklişdə var ki, bunu şikayət ərizəmizi araşdıracaq hüquq mühafizə orqanına təqdim edəcəyik" deyərək ciddi bir ittihamla çıxış edir.

Narazı vətəndaşın dia.az-a ünvanladığı şikayət məktubunda daha sonra deyilir:
"Belə ki, mənə məxsus olan "Mersedes BENZ" C 180 markalı 10 XD 872 dövlət nömrə nişanlı avtomobilimi Ucar rayon sakini Xəlilov Hüseyn İslam oğluna satdım və onun adına qeydiyyata aldırmaq üçün 15 sentyabr 2015-ci il tarixdə Yevlax Rayonlar arası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinə gəldik.Orada 6 nömrəli otaqda əyləşən dövlət avtomobil müfəttişi polis kapitanı Yelmar Həsənov bizə bildirdi ki, avtomobiliniz Bankda girovdadır bunun xərci çoxdur deyib bizdən 230 manat istədi .Pulumuzun az olmasını 15 manatda yol pulu saxlamaq lazım olacağını dedikdən sonra 200 manat Yelmar Həsənova verdik.200 manatı alıb bizə minnət də qoyub dediki 200 manata həm avtomobili qeydiyatın dəyişdim, həm də texniki baxış etdim.Həmçinin avtomobilin 50 manat cəriməsi olduğunuda deyib onu kassaya ödətdirdi.Bütün bu prossesləri video lentə aldıq ki, bu rüşvətxor vəzifəli şəxsin barəsində qanunu tədbir görsünlər.

Çünki Yelmar Həsənov orada 6 nömrəli kabnetdə oturub bu minvalla camaatın cibini soyub hər gün küllü miqdarda pul qazanır.Yeddi rayonu əhatə edən Yevlax RQİ VƏ TBŞ -də hər gün yüzlərlə insanlar gəlirlər beləcə əziyyət çəkirlər soyulurlar.Öyrənmişik ki, Yelmar Həsənovun 100.000 manatdan baha olan avtomobili, Yevlax rayonunda şadlıq evləri, ticarət mərkəzləri fəaliyyət göstərir .Ancaq hesablanarsa onun özünün gün ərzində 6 nömrəli kabinetdə qazandığı pulların miqdarı həmin obyektlərin qacancından qat-qat çoxdur.Bunu onun kabinetinin qarşısındakı növbəyə duran insanların sayı ilə hesablamaq kifayətdir.Biz bu korrupsiya cinayət faktı barədə Prezidentə, Baş Prokurorluğa,Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə , Daxili İşər nazirliyinə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə bu gün müraciət göndərəcəyik.Əlimizdə olan rüşvət alma görüntüləri olan video faktı həmin orqanlara təqdim edəcəyik.Həqiqətən də Yevlax RQİ VƏ TBŞ-də açıq aşkar bazar qurub heç nədən çəkinmədən korrupsiya şəbəkəsi yaradıblar ki, bunun araşdırılıb tədbir görülməsinə zərurət var".

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.