“Dedi səs çıxarsan səni öldürəcəm” — Taksidə bıçaqla hədələnən qadın DANIŞDI

4-07-2018, 20:24           
“Dedi səs çıxarsan səni öldürəcəm” — Taksidə bıçaqla hədələnən qadın DANIŞDI
Müştəri kimi avtomobilə əyləşib ünvana çatmaq istəyən qadın sürücünün və daha bir nəfərin hücumuna məruz qalıb. Ancaq qadını bıçaqla qorxudub pulunu alanlar çox da uzağa qaça bilməyiblər.
Dia.az ARB TV-yə istinadən xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsində qadına hücum edərək onun pulunu ələ keçirən şəxslər saxlanılıb.

Bakı şəhər sakini Leyla Kazımova metronun “Əhmədli” stansiyasının yaxınlığında müştəri kimi əyləşdiyi “Mersedes” markalı avtomobilin sürücüsündən onu Hövsan qəsəbəsinə aparmağı xahiş edib. Deyilən ünvana çatdıqda sürücü və maşında olan daha bir nəfər qadına bıçaqla hədə-qorxu gələrək 30 manat pulunu ələ keçiriblər.

Leyla Kazımova - zərərçəkən şəxs: “Dedi səs çıxarsan səni öldürəcəm. Mən də bıçağa müqavimət göstərə bilmədim. Əlini saldı 30 manat pulumu götürdü. Dedim pulumu ver. Vermədi”.

Zərərçəkən şəxs bu barədə Surxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə məlumat verəndən sonra dərhal həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Araz Qurbanov və Ehtibar Həsrətov tutulublar.
Araz Qurbanov – saxlanılan şəxs: “Bıçaq dirəmədim, təzyiq göstərmədim”.

Ehtibar Həsrətov - saxlanılan şəxs: “Arazın əlində bıçağı gördü, düşəndə də dedi pulumu ver. Araz da dedi ki, 1 saata sənin pulunu verəcəm. 30 manat idi. Verdi mənə dedi “sür zapravkaya benzin vurum””.

Faktla bağlı 30-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.