"Ona hərhansısa bir işgəncədən, təzyiqdən söhbət belə gedə bilməz" - AÇIQLAMA, FOTOLAR

4-07-2018, 20:26           
"Ona hərhansısa bir işgəncədən, təzyiqdən söhbət belə gedə bilməz" - AÇIQLAMA, FOTOLAR
Xəbər verdiyimiz kimi, Gəncənin icra başçısı Elmar Vəliyevə atəş açan Yunis Səfərov cinayət axtarış tədbirləri nəticəsində isti izlərlə yaxalanıb və hal-hazırda istintaq aparılır.

Dia.Az xəbər verir ki, bu dəqiqələrdə adıçəkilən cinayətkar Yunis Səfərovun işgəncəyə məruz qalması ilə bağlı fotoşəkillər və məlumatlar yayılıb. Qeyd edək ki, az əvvəl DİN adından rəsmi açıqlama verildi və fotoların sözügedən şəxsə aid olmadığı deyildi.

Eyni zamanda bununla bağlı bizimyol.info-ya danışan DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov fotoşəkilin uydurma olduğunu, yayılan məlumatların isə tamamilə yalan olduğunu bildirib:

“Həmin şəxs polis və prokurorluq əməkdaşlarının dərhal əməliyyat axtarış tədbirləri nəticəsində isti izlərlə yaxalanıb. Prokurorluq orqanlarında cinayət işi qaldırılıb və istintaq gedir. Cinayəti törədən şəxs istintaq altındadır. Ona hərhansısa bir işgəncədən, təzyiqdən söhbət belə gedə bilməz”.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.