Mingəçevir İES-də bu səhər yenə yanğın oldu - FHN rəsmi məlumat yaydı

5-07-2018, 16:05           
Mingəçevir İES-də bu səhər yenə yanğın oldu - FHN rəsmi məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


***

Bu gün səhər saat 09 radələrində Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) ehtiyat transformatorlarından birində yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin texnikası və yanğınsöndürənləri cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru