Nazirliyin əməkdaşı iş başında öldü - FOTO

5-07-2018, 19:20           
Nazirliyin əməkdaşı iş başında öldü - FOTO
Sumqayıt şəhərində vergi müfəttişi iş başında dünyasını dəyişib.

Dia.az report-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda 2 saylı Vergilər idarəsinin inzibati binasında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 38 yaşlı Səbuhi Zeynalov iş zamanı qəfildən keçinib. Onun ölüm səbəbi hələ ki, məlum deyil.

Səbuhi Zeynalov Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Vergi idarəsində müfəttiş vəzifəsində çalışıb. Mərhumun üç azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.