Meksikada partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb
6-07-2018, 08:24
Meksikanın Tultepeke şəhərində pirotexnika emalatxanasında baş verən iki partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə yerli həkimlərə istinadən "Excelsior" məlumat yayıb.
Həmçinin bildirilir ki, yaralıların sayı indi 46 nəfərdir, onlardan 9-u ağır vəziyyətdədir.
***23:57
Bakı. 5 iyul. REPORT.AZ/ Meksikada cümə axşamı pirotexnika istehsalı emalatxanasında baş verən partlayış nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, azı 31 yaralı var.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun rəhbərliyinə istinadən "Televisa" telekanalı məlumat yayıb.
Meksikanın Tultepek şəhərində iki partlayış olub. İkinci partlayış "təcili yardım", polis və yanğın xidməti əməkdaşları hadisə yerində zərərçəkənlərə köməklik göstərən zaman baş verib. Ölənlər arasında yanğınsöndürən və polis əməkdaşları var.