Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpıldı (VİDEO)

2-08-2018, 21:58           
Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpıldı (VİDEO)
Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpılıb.

Teref.Az musavat.com-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında 143 saylı marşrut avtobusu (10-TG-614) yoldan çıxaraq "Avtovağzal dairəsi" nin yaxınlığında yerləşən "Ozan" yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.

Qəza nəticəsində marşrut avtobusu yanacaq paylayan qurğuların birinə çırpılıb, qurğu yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı partlayış baş verməyib, eləcə də avtobusdakı sərnişinlərdən heç kim xəsarət almayıb.

Hadisənin sürücü diqqətsizliyi ucbatından baş verdiyi ehtimal edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru