Əsgərin başını pulemyotla dağıtdılar - Erməni ordusunda şok cinayət

3-08-2018, 18:39           
Əsgərin başını pulemyotla dağıtdılar - Erməni ordusunda şok cinayət
Mayın 6-da Ermənistanın Mehrab rayonundakı hərbi hissədə baş vermiş cinayətin üstü açılıb. Əsgər Levon Torosyanın qəsdən öldürüldüyü iddiası öz təsdiqini tapıb.

Teref.az xəbər verir ki, cinayət hadisəsinin araşdırılması ilə məşğul olan vəkil Ruben Martirosyan qətli təsdiq edəcək faktlar aşkarladığını bildirib.

Vəkilin sözlərinə görə, əsgər Torosyan hadisənin baş verdiyi günün səhər saatlarında anasıyla telefonla danışarkən güllələnib.

O, müstəntiq K.Abazyanın cinayəti gizlətdiyini və Torosyanın xidmət vaxtı intihar etdiyini bildirb.

Bu məqsədlə də əsgərin cəsədi uzun müddət hərbi hissədə gizlədilib və baş vermiş hadisə barədə ailəsi məlumatlandırılmayıb. Torosyan pulemyotla başından vurulub, iriçaplı silah onun başını darmadağın edib.

Vəkil əsgərin hərbi hissədə çavuş Volodya Oxikyan tərəfindən cinsi zorakılığa məruz qaldığını və hadisənin də buna görə baş verdiyini iddia edib.

//Teleqraf.com //












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.