Almazdan daha sərt olan mineral aşkar edilib

4-08-2018, 07:30           
Almazdan daha sərt olan mineral aşkar edilib
Ural Federal Universitetinin, Novosibirsk Dövlət Universitetinin və Rusiya Elmlər Akademiyasının Sibir Filialının Geologiya İnstitutunun alimləri tərəfindən Sibirə düşən meteoritin tərkibində “uakitit” adı verilən və almazdan daha sərt mineral aşkarlanıb.

Trend-in məlumatına görə, Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun rəhbəri Boris Şustovun bildirib ki, bu, çoxsaylı minerallar və maddələr kosmik şəraitdə formalaşır və Yer kürrəsində aşkar edilə bilməz.

Qeyd olunur ki, hazırda sirli mineral haqqında daha çox məlumat əldə etmək üçün laboratoriya işləri aparılır. Tədqiqatçıların sözlərinə görə sarımtıl rəngli mineral şəffaf və metal parıltıya malikdir.

Mineralın kub kristallar və ya dairəvi dənəciklər əmələ gətirdiyi dənəciklərin 5 mikrometrdən daha kiçik olduğu qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru