Lənkəranda DƏHŞƏT: - doğuş zamanı ana və körpə ölüb
4-08-2018, 11:19
Lənkəranda doğuş zamanı körpə və ana ölüb.
"Report"un Cənub bürosu xəbər verir ki, Lerik rayon sakini olan qadın Ləkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində doğuş keçirib. Dünən doğuş zamanı körpəsini itirən ana bu gün səhər saatlarında özü də ölüb.
Xəstəxanaya hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.