İranın cənubunda 4,4 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kerman şəhərindən 126 kilometr cənubda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib. Zəlzələ “UTC” vaxtı ilə saat 09:35-də qeydə alınıb.