Jurnalist Orxan Camalın cənazəsi Moskvaya gətirilib

5-08-2018, 11:20           
Jurnalist Orxan Camalın cənazəsi Moskvaya gətirilib
Mərkəzi Afrika Respublikasında güllələnərək qətlə yetirilmiş rusiyalı jurnalistlərin, o cümlədən əslən azərbaycanlı olan Orxan Camalın cənazələri "Air France" aviaşirkətinin "1144" saylı reysi ilə Moskvaya gətirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, "FlightAware" onlayn portalının məlumatına görə, layner yerli vaxtla 00:21-də Şeremetyevo hava limanına eniş edib.

Orxan Camalın dostu Maksim Şevçenko bildirib ki, meyitlər səhər saatlarında morqa təhvil veriləcək.

"Meyitlər bizə dərhal verilməyəcək, onlar istintaqa təhvil veriləcək", - deyə Şevçenko bildirib. O, həmçinin əlavə edib ki, Rusiya İstintaq Komitəsi tərəfindən ekspertizanın aparılmasına azı 2 gün sərf olunacaq.

Şevçenko bildirib ki, Orxan Camal, ilkin məlumata görə, avqustun 8-də dəfn olunacaq. Jurnalistlə vida mərasimi Moskvanın Cümə məscidində olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru