Fransada yanğın zamanı 22 nəfər xəsarət alıb

20-08-2018, 07:18           
Fransada yanğın zamanı 22 nəfər xəsarət alıb
Parisin Obervilye kommunasında baş verən yanğın zamanı 5-i uşaq olmaqla, 22 nəfər xəsarət alıb.

“Report” "Actu17" portalına istinadən xəbər verir ki, xilasetmə xidmətinə yanğın barədə məlumat avqustun 19-da axşam saat 7-də daxil olub.

Bildirilir ki, yaralılardan 10-u polis olmaqla, 15 nəfərinin vəziyyəti yüngül, digər 7 nəfərinki isə ağırdır. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru