Ermənistanda hərbi qulluqçular qəzaya düşüb - GİZLƏDİLİR

20-08-2018, 11:23           
Ermənistanda hərbi qulluqçular qəzaya düşüb - GİZLƏDİLİR
Ermənistanda hərbçilərin iştirakı ilə avtomobil qəzası baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avqustun 20-də gecə saatlarında Ermənistanın Berd-Çəmbərək yolunda 23 yaşlı Q.M-nin idarə etdiyi Vaz-2106 markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, 200 m məsafəyədək sürüşərək dərəyə yuvarlanıb.

Xilasetmə qrupu gələnədək vətəndaşların yardımı ilə sərnişinlər, 36 yaşlı L.B və 49 yaşlı M.Ş avtomobildən çıxarılıb. Yaralılardan 36 yaşlı L.B Berd tibb müəssisəsinə, sürücü 23 yaşlı Q.M və digər sərnişin 49 yaşlı M.Ş Berd rayonundakı hərbi hospitala təxliyyə ediliblər. Həkimlər onların vəziyyətini sabit olaraq qiymətləndiriblər.

Xilasetmə qrupu isə avtomobildən sərnişin 62 yaşlı S.B-nin çıxarılmasını təşkil edib və Berd tibb müəssisəsinə təxliyyə ediblər. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndiriblər.

Ermənistan müdafiə nazirliyi faktla bağlı rəsmi açıqlama verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru