Kriminal aləmin məşhur siması Azərbaycanda- VİDEO

21-08-2018, 15:12           
Kriminal aləmin məşhur siması Azərbaycanda- VİDEO
Vaxtı ilə muzdlu olaraq bir çox qaynar nöqtədə, o cümlədən Dombasda Ukraynaya qarşı döyüşmüş Timur Tumaev Azərbaycana gəlib.


AFN xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, kriminal aləmdə "Timur Dikiy” kimi tanınan çeçen səfər zamanı azərbaycanlı mərhum "qanuni oğru”lar Rövşən Lənkəranski ilə Masallı Mamedin məzarlarını ziyarət edib.

O, səfər zamanı tək olmayıb. Bir neçə yaxını da Tumaevi müşayiət edib.

Bir vaxtlar çeçen əsilli kriminal avtoritet Şeyx Xəmzət ləqəbli "qanuni oğru” Xəmzət Qastəmirovun ətrafında olan, daha sonra isə ona qarşı çıxan "Timur Dikiy” cənuba – Lənkərana və Masallıya yollanıb.

Qeyd edək ki, bu il 2016-cı il avqustun 18-də Türkiyənin İstanbul şəhərində qətlə yetirilən Rövşən Canıyevin vəfatının ikinci ildönümüdür. Tumaevin səfərinin başlıca səbəbi də budur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru