Erməni hərbçidən gizli sui-qəsd planı: Direktorun evinə qumbara atıldı

21-08-2018, 20:06           
Erməni hərbçidən gizli sui-qəsd planı: Direktorun evinə qumbara atıldı
Ermənistan ordusunun hərbi qulluqçusu mədəniyyət evinin direktoruna qarşı sui-qəsddə şübhəli bilinir.

Ermənistanın Araqatsotn vilayətinin Zovasar kəndinin mədəniyyət evi direktorunun fərdi həyət evinə qumbara atıldığı barədə, dünən saat 02:00 radələrində Talin şəhər polis bölməsinə məlumat daxil olub.

Hadisə yerinə gələn hüquq mühafizə orqanları müəyyən ediblər ki, 19 yaşlı Argişti Kirakosyan saat 01:50 radələrində həmin kənd sakini olan əmisi oglu 20 yaşlı Vrej Kirakosyanla bərabər, həmin kəndin digər sakini 55 yaşlı Sasunik Petrosyanın evini partlatmaq məqsədilə onun evə gediblər. Atılan qumbaradan sonra baş verən parlayış nəticəsində Petrosyanın evinin giriş qapısı, pəncərələrin şüşəsi zədələnib.

Hadisəni törədən kənd sakinləri Argişti və Vrej Kirakosyanlar saxlanılaraq polis idarəsinə aparılıblar. Onlara qarşı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb, hər ikisi həbs edilib.

Baş verən hadisə barədə Sasunik Petrosyanın arvadı, Zovasar kənd mədəniyyət evinin direktoru 46 yaşlı Armine Petrosyan izahat verib. Məlumata görə, əvvəllər məhkum edilən Sasunik Petrosyanla Argişti Kirakosyan arasında “Vardaşen” cəzaçəkmə müəssisəsində problemlər yaşanıb.

Qeyd edək ki, həbs edilənlərdən Vrej Kirakosyanın Ermənistan müdafiə nazirliyinin hərbi qulluqçusu olduğu məlum olub.(ordu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.