FI Astarada evin zirzəmisində 5 kiloqramdan artıq narkotik aşkarlanıb » Tərəf - XOCANIN BLOGU

Astarada evin zirzəmisində 5 kiloqramdan artıq narkotik aşkarlanıb

22-08-2018, 10:45           
Astarada evin zirzəmisində 5 kiloqramdan artıq narkotik aşkarlanıb
Astarada evin zirzəmisində 5 kiloqramdan artıq narkotik aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Cənub bürosuna verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Astara rayonunda əməliyyat keçirilib.

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Ərçivan qəsəbə sakini Akif Kərimov saxlanılıb. Ondan bir bükümdə 1,2 qram çəkidə psixotrop tərkibli metamfetamin, 2 ədəd siqaretə doldurulmuş qurudulmuş marixuana, 1 ədəd pnevmatik tapança və 1 ədəd tir tapançası aşkar olunaraq götürülüb.

Aparılan araşdırmalarla A. Kərimovun həmin psixatrop tərkibli maddəni Astara rayonunun Ərçivan qəsəbə sakini İbrahim Əliyevdən aldığı müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İbrahim Əliyev 4,2 qram çəkidə narkotik vasitə olan tiryəki satarkan saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq onun Ərçivan qəsəbəsindəki yaşadığı evə baxış keçirilən zaman evin zirzəmisindən 4 bükümdə 5 kiloqram 200 qram çəkidə narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Fakt üzrə Astara RPŞ-də araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru