Tanınmış alim vəfat etdi

22-08-2018, 11:25           
Tanınmış alim vəfat etdi
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaman Əsgərli vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə alimin yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Zaman Əsgərli Zaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonuunun Kərimbəyli kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirib.

"N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1992).

Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi olub.

Eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru