Polis sərnişinləri güllələdi – 1 ölü, 2 yaralı

22-08-2018, 12:54           
Polis sərnişinləri güllələdi – 1 ölü, 2 yaralı
İranın Kirmanşah şəhərində polis əməkdaşının avtomobil sərnişinlərinə tapançadan atəş açması nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə 3 gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, hadisə avqustun 19-da, sübh saatlarında Kirmanşahın taxta bazarında baş verib. Yerli hüquq-mühafizə orqanlarının naməlum səbəbdən saxladığı avtomobilin sərnişinləri ilə bir polis əməkdaşı arasında mübahisə yaranıb.

Polis əməkdaşı tapançasını çıxararaq gözlənilmədən sərnişinlərə atəş açıb. Nəticədə Kirmanşah şəhər sakinləri – 24 yaşlı Məcid Yaqubniya yerindəcə həlak olub, 23 yaşlı Miad Pələngi və 25 yaşlı Miad Şaveysi ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Sərnişinlərə atəş açan polis əməkdaşının adı, onun saxlanılıb-saxlanılmaması və hadisənin detalları barədə əlavə məlumat yayılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru