Sakit okeanda Kamçatka yaxınlığında 5 bal gücündə zəlzələ olub
30-08-2018, 07:23
Kamçatka sahillərində, Sakit okean akvatoriyasında 5 bal gücündə zəlzələ olub.
Trend-in Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialına istinadən verdiyi məlumata əsasən, zəlzələ yerli vaxtla cümə axşamı günü səhər saatlarında baş verib. Zəlzələ ocağının dərinliyi 40,5 km olub, enerji sinfi - 11,4.