İrəvan NATO təlimindən imtina etdi

1-09-2018, 11:13           
İrəvan NATO təlimindən imtina etdi
Ermənistan NATO-nun Gürcüstandakı “Çevik ruh 2018” təlimində iştirakdan imtina edib.

Axar.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Artsrun Ovanisyan deyib. O bunun səbəbini açıqlamayıb.

Qeyd edək ki, “Çevik ruh 2018” təlimi sentyabrın 1-dən 11-nə qədər Gürcüstanın Senaki hərbi bazasında keçiriləcək. Təlimdə ABŞ, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Türkiyə, Çexiya və Estoniya iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru