Almaniyada 510 sərnişini daşıyan sürətli qatar kül oldu – Fotolar

13-10-2018, 00:00           
Almaniyada 510 sərnişini daşıyan sürətli qatar kül oldu – Fotolar
Almaniyada Köln şəhərinə gedən sürətli qatar qəfil alışaraq yanıb. AzEuroNews.com xəbər verir ki, hadisə Frankfurtdan Köln şəhərinə gedən sürətli qatarda (ICE) baş verib. Belə ki, içində 510 sərnişinin olduğu sürətli qatarın ön vaqonlarından biri qəfildən alovlanıb. Sərnişinlər dərhal təxliyyə olunub, hadisə yerinə yanğınsöndürənlər gəliblər. Yanğın qısa zamanda söndürülsə də, vaqonlardan biri tamamilə yanaraq kül olub.

Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğınla bağlı Siqburq və Montabaur şəhərləri arasındakı qatar reysləri dayandırılıb, A3 avtobanında uzun tıxac meydana gəlib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru