"VhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

13-10-2018, 08:10           
"VhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
"VhatsApp" messencerinin istifadəçilərinə hesab məlumatlarına mümkün haker hücumları barədə xəbərdarlıq edilib.

Teleqraf.com xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, "Android" və "iOS" əməliyyat sistemlərində işləyən mobil əlavələr təhlükəyə məruz qala bilər.

Mütəxəssislərin sözlərinə görə, zərərli proqram daxil olan videozəng cavablandırılan zaman işə düşür. Mobil əlavənin ələ keçirilməsi üçün hakerlər "VhatsApp"ın dinamik yaddaşını özünə tabe edən yoluxdurulmuş "RTP" protokolundan istifadə edirlər.

Qeyd olunan boşluğun avqustda aşkarlanmasına baxmayaraq problem əlavənin yenilənməsi ilə sentyabrın sonunda həllini tapıb. Messencerin köhnə versiyası isə təhlükə altında olaraq qalır.

Bundan əvvəl "VhatsApp" əlavəsində hakerlərə məlumatları ələ keçirərək onların məzmununu dəyişməyə imkan verən boşluq aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru