Modriç 1-ci, Ronaldo 2-ci, Messi 5-ci oldu

14-11-2018, 00:07           
Modriç 1-ci, Ronaldo 2-ci, Messi 5-ci oldu
Goal.com öz versiyasına görə, 2018-ci ilin ən yaxşı futbolçularının adını açıqlayıb.

Qol.az-ın məlumatına görə, “Real”ın yarımmüdafiəçisi Luka Modriç ilk pillədə qərarlaşıb. Az səslə xorvat oyunçudan geridə qalan “Real”ın sabiq üzvü, hazırda “Yuventus”da çıxış edən Kriştiano Ronaldo ikinci, “Liverpul”un hücumçusu Məhəmməd Salah üçüncü olub. Kilian Mbappe dördüncü (Frans, PSJ),Lionel Messi (Argentina, “Barselona”) beşinci pillədə yer alıb.

Qeyd edək ki, Goal.com-un versiyasına əsasən, bundan əvvəlki iki ildə Ronaldo ən yaxşı oyunçu seçilmişdi.

Xatırladaq ki, “Goal.com” hər il bu mükafatı verir. Qalib 42 nəşrin baş redaktorları və müxbirləri arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən müəyyənləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru