Güləşçimiz bürünc medal qazanıb –Dünya çempionatında

14-11-2018, 07:37           
Güləşçimiz bürünc medal qazanıb –Dünya çempionatında
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatına start verilib.

Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasovbürünc medala sahib olub.

87 kq çəki dərəcəsində yer alan Abbasov həlledici qarşılaşmada misirli rəqibini yenib. İlk hissəni 0:3 hesabı ilə geridə başa vuran azərbaycanlı pəhləvan ikinci hissədə əzmkarlıq nümayiş etdirib və sona yarım dəqiqə qalmış hesabı bərabərləşdirib. Beləliklə, sonuncu xal prinsipinə əsasən, Abbasov ötən ilki dünya çempionatında olduğu kimi, yenə bürünc medal qazanıb.

Bu gün mübarizəyə qoşulan daha 2 yunan-Roma güləşçisi – Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) finala yüksəlib. Noyabrın 14-də keçiriləcək həlledici qarşılaşmada onlar müvafiq olaraq, Yaponiya və Misir təmsilçiləri ilə üz-üzə gələcəklər/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru