“Real Madrid” klubu baş məşqçisini təsdiqləyib

14-11-2018, 07:39           
“Real Madrid” klubu baş məşqçisini təsdiqləyib
İspaniyanın “Real Madrid” klubu Santyaqo Solarini baş məşqçi postuna təsdiqləyib.

“Report”un klubun rəsmi saytına istinadla məlumatına görə, 42 yaşlı mütəxəssislə 2021-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Argentinalı baş məşqçi uğursuz nəticələr seriyasından sonra bir neçə həftə əvvəl istefaya göndərilmiş Xulen Lopetegini əvəzləyib. Onun rəhbərliyi altında “Kral klubu” 4 oyunun hamısından qalib ayrılıb. 12 turdan sonra “Real Madrid” 20 xalla 6-cı pillədə qərarlaşıb. Paytaxt təmsilçisi lider “Barselona”dan cəmi 4 xal geri qalır.

Bundan əvvəl İtaliyanın “Kyevo” klubu baş məşqçisi Canpyero Ventura ilə yollarını ayırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru