Karlsen və Karuanadan növbəti heç-heçə

14-11-2018, 08:14           
Karlsen və Karuanadan növbəti heç-heçə
Londonda şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir.

Publika.az xəbər verir ki, noyabrın 13-də dördüncü partiyada ağ fiqurlarla oynayan Norveç idmançısı Maqnus Karlsen ABŞ təmsilçisi Fabiano Karuana ilə 34-cü gedişdə heç-heçə edib.

Şahmatçılar ilk üç partiyada da xalı yarı bölüblər. Beləliklə, dörd oyunun nəticəsinə görə hesab bərabərdir – 2:2.

Beşinci partiya noyabrın 15-də oynanılacaq.

Noyabrın 28-dək davam etməsi nəzərdə tutulan yarış vaxta klassik üsulla nəzarət edilən 12 partiyadan ibarət olacaq. Hər iki partiyadan sonra bir istirahət günü planlaşdırılır. On iki partiyadan sonra hesab heç-heçə olarsa, tay-brek təyin ediləcək.

Oyunun ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir. Qalib şahmatçıya 600 min, məğlub olana isə 400 min dollar məbləğində mükafat veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru