“Liverpul“un ulduzuna şok: oyunlarla bağlı məlumatları kimlərə verib?

14-11-2018, 23:08           
“Liverpul“un ulduzuna şok: oyunlarla bağlı məlumatları kimlərə verib?
"Liverpul"un futbolçusu Daniel Sturridge ağır ittihamlarla üzləşib.

Fanat.Az xəbər verir ki, İngiltərə millisinin üzvü mərc oyunlarında şübhəli bilinir. İddialara görə, 29 yaşlı hücumçu özü bir başa mərc oyunlarında iştirak eteməyib. Amma oyunla bağlı bəzi məlumatları futbola pul qoyuluşu edən naməlum şəxslərə verib.

Həmçinin o, ötən mövsümün ikinci yarısında "Vest Bromviç"ə icarə verilməsi barədə məlumatı həmin şəxslərə öütürüb. Qışda ingiltərəli forvardın icarəyə verilmək şansı çox deyildi. Hətta bəzi kantorlar onun icarəyə verilmə əmsalını 25 olaraq müəyyənləşdirmişdi. İddia olunur ki, bu barədə məlumat futbolçu tərəfindən öütürülüb və yüksək məbləğdə pul qoyuluşu edilib.

Daniel Sturridge noyabrın 20-dək müdafiə çıxışını təqdim etməlidi. İngiltərə Futbol Federasiyası faktı təsdiqləyə bilsə, futbolçunun karyerası bitə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru