Almaniya yığması UEFA Millətlər Liqasında mövqeyini itirib

17-11-2018, 07:50           
Almaniya yığması UEFA Millətlər Liqasında mövqeyini itirib
UEFA Millətlər Liqasında V turun növbəti matçları keçirilib.

"Report"un məlumatına görə, turun ikinci oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunub.

A Liqasında Hollandiya Fransaya qalib gələrək, qrup liderliyi şanslarını saxlayıb. Əvəzində bu nəticədən sonra Almaniyanın qrupda sonuncu yeri tutaraq, B Liqasına enəcəyi dəqiqləşib. Bundestimlə "narıncılar"ın son tur oyunu formal xarakter daşıyacaq.

B Liqasında baş məşqçi dəyişikliyinə məruz qalan Slovakiya artıq 1-ci qrupun liderliyini təmin etmiş Ukraynanı darmadağın edib.

C Liqasında 3-cü qrupa başçılıq edən hər iki komanda səfərdə heç-heçəyə nail olub. "Qarabağ"ın futbolçusu Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan yığması Kiprə, Norveç isə Sloveniyaya məğlubiyyətdən son dəqiqələrdə qurtulub. Start heyətdə yer alan Slavçev 82 dəqiqə meydanda olub.

Nəhayət, D Liqasında Makedoniya səfərdə Lixtenşteyni 2 cavabsız topla üstələsə də, 4-cü qrup qalibi adını rəsmiləşdirə bilməyib. Buna Ermənistanın səfərdə Cəbəllütariqi darmadağın etməsi səbəb olub. Qrupda birinci yerin taleyi son turda həll olunacaq.

UEFA Millətlər Liqası, V tur

16 noyabr

A Liqası

1-ci qrup

Hollandiya - Fransa - 2:0

Qollar: Jorjinyo Veynaldum, 44. Memfis Depay, 90+6

Xal durumu: Fransa - 7 xal (4 oyuna), Hollandiya - 6 (3), Almaniya - 1 (3)

B Liqası

1-ci qrup

Slovakiya - Ukrayna - 4:1

Qollar: Albert Rusnak, 6. Yuray Kutska, 26. Adam Zrelyak, 52. Robert Mak, 61 - Yevgeni Konoplyanka, 47

Xal durumu: Ukrayna - 9 xal (4 oyuna), Çexiya - 3 (3), Slovakiya - 3 (3)

4-cü qrup

Uels - Danimarka - 1:2

Qollar: Qaret Beyl, 89 - Nikolay Yörgensen, 42. Martin Braytveyt, 88

Xal durumu: Danimarka - 7 xal (3 oyuna), Uels - 6 (4), İrlandiya - 1 (3)

C Liqası

3-cü qrup

Kipr - Bolqarıstan - 1:1

Qollar: Panagiotis Zaxaryu, 24 - Nikolay Dimitrov, 89 (pen.)

Sloveniya - Norveç - 1:1

Qollar: Benjamin Verbiç, 9 - Byorn Yonsen, 85

Xal durumu: Norveç - 10 xal (5 oyuna), Bolqarıstan - 10 (5), Kipr - 5 (5), Sloveniya - 2 (5)

D Liqası

4-cü qrup

Cəbəllütariq - Ermənistan - 2:6

Qollar: Andre Tjey de Barr, 10. Adam Prestli, 78 - Yura Movsisyan, 27; 48; 52; 54. Artur Kartaşyan, 66, Aleksandr Karapenyan, 90+4.

Lixtenşteyn - Makedoniya - 0:2

Qollar: Enis Bardi, 53. İliya Nesterovski, 90+1

Xal durumu: Makedoniya - 12 xal (5 oyuna), Ermənistan - 9 (5), Cəbəllütariq - 6 (5), Lixtenşteyn - 3 (5).

Qeyd edək ki, indiyədək Ukrayna ilə Bosniya və Herseqovina qrup qalibləri kimi A Liqasına, Finlandiya B Liqasına, Gürcüstan isə C Liqasına yüksəlib. Bu komandalar həm də "pley-off" mərhələsində iştirak hüququna yiyələniblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru