Futbol qaydalarına təklif olunan dəyişikliklər açıqlanıb

23-11-2018, 07:39           
Futbol qaydalarına təklif olunan dəyişikliklər açıqlanıb
Oyun qaydalarının tətbiqi və tənzimlənməsi ilə məşğul olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) mümkün dəyişiklikləri dərc edib.

“Report”un məlumatına görə, qurum 4 dəyişikliyi təklif edir:

Əvəzlənən oyunçular meydanı ən yaxın yan xətdən və ya üzbəüz xətdən tərk etməlidirlər;

Penalti yerinə yetirildiyi zaman qolkiper qapı xətti üzərində bir ayağını saxlaya bilər (Hazırkı qaydaya əsasən, hər iki ayaq xətt üzərində olmalıdır”;

Komandalar rəsmi şəxslərinin həddini aşan davranışları üzündən sarı və ya qırmızı vərəqə ala bilərlər;

Sərbəst zərbə zamanı cərimə meydançası daxilində topla oynamaq olar.

Bundan başqa, oyunsonrası penaltilərin yerinə yetirilməsi qaydasındakı dəyişiklikdən – komandaların qeyri-növbəlilik (AB-BA sxemi) üsulu ilə zərbə vurmalarından imtina qərarı verilib. Eyni zamanda razılığa gəlinib ki, cərimə meydançası daxilində topun ələ dəyməsinin qarşılığında hansı hallarda penalti, hansı hallarda isə davam qərarı verilməsi daha ətraflı yazılsın.

Yekun qərar 2019-cu ilin martında qəbul olunacaq. Hazırda göstərilən bəndlər tövsiyə xarakteri daşıyır.

Bundan əvvəl də futbol oyun qaydalarında bir sıra dəyişikliklərin edilməsi təklif olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru