Dünya şahmat tacı uğrunda 12 partiyanın hamısı heç-heçə ilə bitib

27-11-2018, 06:24           
Dünya şahmat tacı uğrunda 12 partiyanın hamısı heç-heçə ilə bitib
ABŞ şahmatçısı Fabiano Karuana və norveçli Maqnus Karlsen arasında dünya çempionu adı uğrunda keçirilən 12 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb.”Report”un məlumatına görə, 12-ci partiyada tərəflər 3 saatlıq mübarizənin ardından 31-ci gedişdə “sülh”ə razılaşıblar.
Karuana ağ, Karlsen qara fiqurlarla oynayıb. Hazırda hesab bərabərdir – 6:6. Beləliklə, dünya çempionu noyabrın 28-də tay-breykdə müəyyənləşəcək.
Tay-breyk vaxta nəzarətlə hər biri 25 dəqiqə və hər gediş üçün 10 saniyədən ibarət olmaqla, 4 partiyadan ibarətdir. Bu zaman da hesab bərabər olsa, 5 dəqiqə + 3 saniyə rejimi ilə daha 2 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, daha 2 partiyadan ibarət 4 blits matç təyin olunacaq. Ümumilikdə 10 görüşün yekununda da qələbə qazanan olmasa, ağlara 5, qaralara 4 dəqiqə verilməklə və 61-ci gedişdən sonra 3 saniyə əlavə edilməklə, həlledici partiya keçiriləcək. Bu görüşdə də heç-heçə qeydə alınsa, qara fiqurlarla oynayan şahmatçı qalib elan olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru