FIDE dekabr ayı üçün dünyanın ən güclü 100 şahmatçısının adını açıqlayıb

1-12-2018, 08:20           
FIDE dekabr ayı üçün dünyanın ən güclü 100 şahmatçısının adını açıqlayıb
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün dünyanın ən güclü 100 şahmatçısının adını açıqlayıb.

Trend-in məlumatına görə, kişi şahmatçıların ilk yüzlüyündə Azərbaycanın 6 qrossmeysteri yer alıb. Şəhriyar Məmmədyarov 2820 xalla 3-cü pillədəki mövqeyini qoruyub. Siyahıya aktivində 2835 xal olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir, ABŞ şahmatçısı Fabiano Karuana isə 2832 xalla 2-ci yerdədir.

Azərbaycanlı Teymur Rəcəbov 1757 xalla 14-cü və Arkadi Naydiç 2736 xalla 20-dir. Rauf Məmmədov iki pillə geriləyərək 42-ci pillədə qərarlaşıb (2703 xal). Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır.

Qadınların ilk ən güclü 100 şahmatçısı siyahısında Azərbaycanın 3 təmsilçisi yer alıb. Günay Məmmədzadə bir pillə geriləyib (2422 xal, 47 pillə). Bir pillə irəliləyən Xanım Balacayeva 62-ci pilləyə yüksəlib (2397 xal). İki pillə geriləyən Gülnar Məmmədova 2368 xalla 99-cu yerdədir.

Qeyd edək ki, qadınların siyahısına 2662 xalla çinli Hou İfan başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru