Ronaldu "Yuventus"da 61 il əvvəlki rekordu təkrarlayıb

2-12-2018, 10:27           
Ronaldu "Yuventus"da 61 il əvvəlki rekordu təkrarlayıb
"Yuventus" futbol komandasının portuqaliyalı hücumçusu Kriştian Ronaldu İtaliyanın A seriyasının 14-cu turunda "Fiorentino" ilə matçda Turin klubunun 61 il əvvəlki rekordunu təkrarlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu bu matçda İtaliya çempionatında 10-cu qolunu vurub. Bununla da o, 61 il ərzində 14 oyunda 10 dəfə fərqlənən oyunçu kimi seçilib. Buna qədər eyni nəticəni 1957/58 mövsümündə Con Çarlz göstərib.

Ronaldu bu ilin yayında Madridin "Real" klubundan "Yuventus"a transfer edilib. "Yuventus" bunun üçün qarşı tərəfə 117 milyon avro ödəyib.

Daha əvvəl hücumçunun qolu "Yuventus"a A seriyasında ardıcıl 5-ci qələbəni qazanmağa kömək edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru