Xorvatiyalı futbolçu Ronaldo və Qrizmanı geridə qoydu

2-12-2018, 10:54           
Xorvatiyalı futbolçu Ronaldo və Qrizmanı geridə qoydu
FIFA-nın 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədin adı vaxtından əvvəl mətbuata sızıb.

Publika.az xəbər verir ki, “Sky İtalia” televiziyasının jurnalisti mükafata namizədlərdən danışaraq, “Real Madrid”in xorvatiyalı ulduzu Luka Modriçin adının portuqaliyalı Kriştianu Ronaldo və fransız Antoine Qrizmandan öndə olduğunu bildirib.

Luka Modriç UEFA tərəfindən 2017/2018-ci illər üçün Avropanın ən yaxşı oyunçusu, FIFA tərəfindən isə 2018-ci ilin ən yaxşı oyunçusu seçilib. O, “Qızıl top” mükafatı ilə bu uğurları tamamlayacaq.

İtaliyalı jurnalist Kriştianu Ronaldo və Antoine Qrizmanın 2-ci və 3-cü yerləri bölüşəcəklərini bildirib.

Klian Mbappe isə 21 yaşa qədər oyunçular üçün “Qızıl top” mükafatına ekvivalent olan “Kopa trofeyi” mükafatını alacaq.

“Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Parisdə keçiriləcək. Mərasimdə, həmçinin ilk dəfə olaraq ən yaxşı gənc oyunçu və ən yaxşı qadın futbolçuya da mükafatlar təqdim ediləcək.

“France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştiano Ronaldo və Lionel Messi bu mükafatı ən çox qazanan futbolçulardır – hərəyə beş dəfə.(Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru