Futbol üzrə ABŞ millisinə yeni baş məşqçi təyin olunub

3-12-2018, 07:06           
Futbol üzrə ABŞ millisinə yeni baş məşqçi təyin olunub
Amerikanın "Columbus Crew" klubunun baş məşqçisi Qreqq Berhalter ABŞ milli komandasına rəhbərlik edəcək.

"Report" "New Your Times" nəşrinə istinadən xəbər verir ki, yeni baş məşqçinin dekabrın 4-də Nyu-Yorkda ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Bildirilir ki, 45 yaşlı mütəxəssis 2019-cu ilin yanvarında öz işinə başlayacaq. Həmin vaxt milli komandanın onun rəhbərliyi altında ilk qış təlim-məşq toplanışı keçiriləcək.

Berhalterin ABŞ Futbol Federasiyası ilə müqaviləsi 4 il müddətinə nəzərdə tutulub. Mütəxəssisin əsas vəzifəsi ABŞ millisini 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə çıxartmaqdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.